Gürcüstanda bəzi qapalı məkanlar fəaliyyətini bərpa edir

Gürcüstanda bəzi qapalı məkanlar fəaliyyətini bərpa edir

Gürcüstanda fitnes mərkəzləri və üzgüçülük hovuzları fəaliyyətlərini bərpa edəcəklər.

 Aktual.az "Report”a istinadən xəbər verir ki, bu barədə Gürcüstan hökumət qərar qəbul edib.
Sabahdan etibarən Əmək Müfəttişliyi həmin obyektlərdə müvafiq yoxlamalar həyata keçirəcək. Fitness mərkəzlər və hovuzlar üçün xüsusi təlimat artıq hazırlanıb. Yoxlamadan uğurla keçən bu cür obyektlərin fəaliyyətinin dərhal bərpasına icazə veriləcək.
Bununla yanaşı, Gürcüstanda qapalı məkanlarda təlim və konfransların keçirilməsi artıq mümkün olub. Bu gündən peşə təhsili müəssisələri də işini bərpa  edib. Açıq məkanlardakı atraksionların fəaliyyətinə qoyulan qadağa da götürülüb.
Xəbər 119 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR