Gürcüstanda azərbaycanlı narkotacirilər saxlanılıb

Gürcüstanda azərbaycanlı narkotacirilər saxlanılıb

Gürcüstanın paytaxtı Tbilisinin Poniçala qəsəbəsi və Qardabani rayonunun Sartiçala kəndində həyata keçirilən xüsusi əməliyyatlar zamanı beş narkotik alverçisi saxlanılıb.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyində keçirilən brifinqdə bildirilib.
İstintaqla müəyyən olunub ki, həmin şəxslər mütəmadi olaraq narkotik vasitələrin satışı ilə məşğul olublar.
Saxlanılan şəxslərin evlərində aparılan axtarış zamanı 11 bağlama heroin və 20 970 lari məbləğində pul maddi sübut kimi müsadirə olunub.
Həmin şəxsləri 6 ildən 11 ilədək həbs cəzası gözləyir.
Xəbər 602 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR