Gürcüstanda azərbaycanlı əsgəri döyən 2 nəfər saxlanılıb – Fotolar

Gürcüstanda azərbaycanlı əsgəri döyən 2 nəfər saxlanılıb – Fotolar

Gürcüstanın Hərbi Polisi Krtsanisi hərbi hissəsində əsgər Kazım Qəhrəmanovun döyülməsinə görə 2 nəfəri saxlayıb.


"Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Müdafiə Nazirliyi məlumat yayıb.

İki nəfərin saxlanılması Tbilisi Şəhər Məhkəməsinin qərarı əsasında həyata keçirilib. Yaxın saatlarda onlara qarşı ittiham irəli sürüləcək.

Tbilisi Şəhər Məhkəməsinin bu gün saxlanılan şəxlər barəsində həbs qətimkan tədbiri seçəcəyi gözlənilir.

Saxlanılan şəxslərin K.Qəhrəmanovla yanaşı digər əsgərlərə də fiziki təzyiq göstərməklə pul tələb etmələri müəyyən olunub.

Xəbər 296 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR