Gürcüstanda azərbaycanlı ailənin iki üzvü qətlə yetirilib

Gürcüstanda azərbaycanlı ailənin iki üzvü qətlə yetirilib

Marneuli rayonunun Axlılələ kəndində törədilən qətlin üstü açılıb.
"Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib.
Operativ əməliyyat-axtarış tədbirləri nəticəsində 1982 və 2004-cü il təvəllüdlü ata və oğul saxlanılıb.
Hər iki şəxs ağırlaşdırıcı hallarda qrup halında qəsdən adam öldürmə maddəsi üzrə ittiham olunurlar.
İstintaqla müəyyən olunub ki, saxlanılan şəxslər Axlılələ kəndində qonşuluqda yaşayan ana və onun oğlunu odlu silahla ölümcül yaralayıblar.
Polis hər ikisini hadisədən qısa vaxtdan sonra saxlayıb. Ov tüfəngi maddi sübut kimi müsadirə edilib.
Ata və oğulun günahı sübuta yetirilərsə, onları 16 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası gözləyir.
Xəbər 602 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR