Gürcüstanda 2385 nəfər qızılcaya yoluxub

Gürcüstanda 2385 nəfər qızılcaya yoluxub

Gürcüstanda son üç həftə ərzində qızılcaya yoluxma hallarının dinamikası aşağı düşüb.

"Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.
Onun sözlərinə görə, martın 16-na olan məlumata əsasən, ölkədə qızılcaya 2 385 yoluxma halı qeydə alınıb: "Yanvar-fevral aylarında olduğu kimi, hazırda yoluxma ilə bağlı sürətli artım müşahidə olunmur. Yanvarın 19-dan etibarən 100 min nəfərdən çox insan peyvənd olunub. Bu, yaxşı göstəricidir. Lakin qızılcanın qarşısını almaq üçün il ərzində əlavə olaraq daha 250 min nəfər peyvənd olunmalıdır”.
Mərkəz rəhbəri qeyd edib ki, ölkədə peyvəndin kifayət qədər ehtiyatı var və peyvəndləmə dövlət hesabına həyata keçirilir. 
Xəbər 331 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR