Gürcüstana səfər edən əcnəbilərin sayı 13,4% artıb

Gürcüstana səfər edən əcnəbilərin sayı 13,4% artıb
  • DÜNYA

Bu ilin ikinci rübündə Gürcüstana 2,2 mln. əcnəbi ziyarətçi səfər edib.

"Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin rüblük hesabatında bildirilib.
İllik müqayisədə qonşu ölkəyə səfər edənlərin sayı 13,4% artıb. Ziyarətçilərin 46,2%-ni 31-50 yaş qrupunda olan şəxslər, 60%-ni kişilər, 40%-ni isə qadınlar təşkil edib.
Ziyarətçilərin 1,2 mln. nəfəri Gürcüstana turist səfəri edib ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 13,8% çoxdur.
Aprel-iyun aylarında Gürcüstan ən çox ziyatərçini 378,2 min nəfər olmaqla Rusiyadan qəbul edib. Rusiyalı ziyarətçilərin sayı illik müqayisədə 36,8% artıb.
Hesabat dövründə Azərbaycan qonşu ölkəyə səfər edənlərin sayı baxımından ikinci yeri tutub.
Gürcüstana üz tutan əcnəbi ziyarətçilərin 46,6%-i bu ölkəyə istirahət, 17,1%-i dost və ya qohum ziyarəti, 15,7%-i tranzit, 10,8%-i biznes, 5,8%-i alış-veriş, 1,4%-i müalicə, 2,6%-i isə digər məqsədlərlə səfər edib.
Ziyarətçilərin 40%-i səfər üçün Tbilisi, 19,3%-i isə Acarıstan Muxtar Respublikasını seçib. Əcnəbilərin 58,7%-i Gürcüstana səfərdən çox məmnun qalıb.
Bir səfər üçün orta xərclər illik müqayisədə 10,3% artaraq 1 261,6 lari təşkil edib. Xərclər böyük hissəsi yerləşmə (24,7%), qida və içkilərə (24,5%) sərf olunub.
Xəbər 48 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR