Gürcüstan prezidentinin sözçüsü işdən azad edilib

Gürcüstan prezidentinin sözçüsü işdən azad edilib
  • DÜNYA

Xatiya Moistsrapişvili artıq Gürcüstan prezidenti Salome Zurabişvilinin sözçüsü vəzifəsini tutmur.

"Report" "Sputnik-Gürcüstan"a istinadən xəbər verir ki, bu barədə prezidentin KİV ilə əlaqələr üzrə müşaviri İrina Şengeliya məlumat verib.
Onun sözlərinə görə, X.Moistsrapişvili artıq mətbuat katibi olmasa da, administrasiyada - kommunikasiya şöbəsində fəaliyyətini davam etdirəcək.
Bununla belə, prezidentin müşaviri nə qərarın səbəbini, nə də vəzifəyə kimin təyin olunacağını açıqlayıb.
Qeyd edək ki, X.Moistsrapişvili 2019-cu ilin yanvar ayından S.Zurabişvilinin mətbuat katibi işləyirdi.
Xəbər 314 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR