Gürcüstan parlamentində insident: bir neçə deputatın halı pisləşib

Gürcüstan parlamentində insident: bir neçə deputatın halı pisləşib
  • DÜNYA

Gürcüstan parlamentinin iclas zalında insident baş verib.

"Report"un yerli bürosu xəbər verir ki, iki müxalif deputat iclas zalına mənşəyi məlum olmayan və kəskin qoxuya malik maddə səpib.
Bundan sonra bir neçə deputatın halı pisləşib. Parlamentə təcili tibbi yardım çağırılıb.
İclasda texniki fasilə elan olunub. Hazırda iclas zalında hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparırlar.


Xəbər 370 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR