Gürcüstan bu il Azərbaycandan 194 min ton yanacaq idxal edib

Gürcüstan bu il Azərbaycandan 194 min ton yanacaq idxal edib

Bu ilin yanvar-noyabr aylarında Gürcüstan Azərbaycandan 194 min ton yanacaq idxal edib.
"Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyinidən bildirilib.
İlk 11 ayda Azərbaycan Gürcüstanın ümumi yanacaq idxalında 19,3% payla qonşu ölkənin Rusiyadan sonra II əsas tədarükçüsü olub.
Hesabat dövründə Gürcüstan 493,7 min ton benzin, 511,1 min ton dizel tədarük edib. Benzin idxalı illik müqayisədə 1,6% azalıb, dizel idxalı isə 4,2% artıb.
Xəbər 273 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR