Gürcüstan Azərbaycandan yanacaq idxalını 2 dəfəyə yaxın artırıb

Gürcüstan Azərbaycandan yanacaq idxalını 2 dəfəyə yaxın artırıb

Bu ilin aprel ayında Gürcüstan Azərbaycandan 18,3 min ton yanacaq idxal edib.

"Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Neft Məhsulları İdxalçıları Birliyindən bildirilib.
Apreldə Azərbaycan qonşu ölkənin yanacaq idxalında 26,7% paya sahib olub.
Aylıq müqayisədə Gürcüstan Azərbaycandan yanacaq idxalını 8,6 min ton və yaxud 1,9 dəfə artırıb.
Hesabat ayında qonşu ölkə 32,1 ton benzin və 36,4 ton dizel yanacağı tədarük edib. Benzinin həcmində 21,1%, dizel yanacağının həcmində isə 20,2% azalma qeydə alınıb. 
Gürcüstanın əsas yanacaq tədarükçüsü 31,2 min tonla Rusiya (45,5%) olub.
Xəbər 188 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR