Gürcüstan-Azərbaycan sərhədi ilə bağlı ekspertlərin görüşü başlayıb

Gürcüstan-Azərbaycan sərhədi ilə bağlı ekspertlərin görüşü başlayıb

Bu gün Gürcüstan-Azərbaycan sərhədinin delimitasiya və demarkasiyası üzrə ekspert komissiyasının ikinci görüşü başlayıb.

"Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb. 
Görüş çərçivəsində hər iki ölkənin komissiyalarını təmsil edən ekspertlər Gürcüstan-Azərbaycan dövlət sərhədinin razılaşdırılmamış sahələrinə baxış keçirəcəklər və geodezik tədqiqat işləri aparacaqlar.
Ekspertlərin sahələr üzə işi sentyabrın 27-nə planlaşdırılıb. Daha sonra mütəxəssislərin işi baxılması üçün delimitasiya və demarkasiya komissiyasının növbəti iclasına təqdim olunacaq. Komissiyanın növbəti görüşü Tbilisidə yaxın zamanlarda keçiriləcək. Toplantının dəqiq keçirilmə tarixi diplomatik kanallar vasitəsilə razılaşdırılacaq. 
Xəbər 95 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR