Deputat nazirə telefon açdı - Təhsil nazirliyi naxçıvanlı şagirdlərin problemini müzakirəyə çıxarır

Deputat nazirə telefon açdı - Təhsil nazirliyi naxçıvanlı şagirdlərin problemini müzakirəyə çıxarır

Xəbər verdiyimiz kimi Naxçıvan Muxtar Respublikasından olan şagirdlərin Bakıdakı orta məktəblərə dəyişdirilməsi ilə bağlı ciddi problem yaranıb.

Xatırladaq ki, Muxtar Respublikadan olan bir qrup valideyn Gununsesi.org-a müraciətində bu barədə bildirib.
Belə ki, Təhsil nazirinin imzaladığı əmrə əsasən, 2019-2020-ci dərs ilində Bakı ilə yanaşı, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan, Naftalan şəhərləri, Abşeron, Samux, Yevlax rayonları üzrə ümumi təhsil məktəblərində I sinfə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçirilir. 
Həmçinin, həmin əmrə əsasən ölkə daxilində orta məktəblərdə yerdəyişmələr də online qaydada həyata keçirilir.
Redaksiyamıza müraciət edən Muxtar Respublika sakinləri bildirib ki, 500 nəfərə yaxın şagird Bakıda qeydiyyata düşə bilmir.

Yaradılmış online sistem Naxçıvandan olan vətəndaşların qeydiyyatını qəbul etmir.
Bu barədə yazılan xəbər Muxtar Respublikadan Milli Məclisə seçilən Qüdrət Həsənquliyevin də marağına səbəb olub. 
Saytımıza danışan millət vəkili deyib ki, bu barədə xəbər ictimailəşəndən sonra ona da çoxsaylı müraciətlər daxil olub: "Söhbət, yüzlərlə şagirdin Bakıdakı orta məktəblərə dəyişdirilməsindəki problemdən gedir. Mən bu gün təhsil naziri hörmətli Ceyhun Bayramovla danışıdm. Nazir bildirdi ki, artıq məsələdən xəbərdardır. Bu gün günün ikinci yarısı nazirlikdə bu məsələ müzakirə ediləcək. Ümid edirəm ki, problem həllini tapacaq”. 
Xəbər 1105 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR