Günel Səfərova: "Məktəblər bağlanmalıdır"

Günel Səfərova:

"Təhsil Nazirliyi təcili olaraq, koronavirusun yayılma xüsusiyyətini, şagirdlərin sağlamlığını nəzərə alaraq məktəblərin aprel ayına kimi bağlanması barədə Nazirlər Kabinetinə müraciət etməlidir".

Bu sözləri aktual.az-a "Vətəndaş” Tədqiqat və İnkişaf İctimai Birliyinin sədri Günel Səfərova son zamanlar müzakirə olunan virus panikasına münasibət bildirərkən deyib.

O bildirib ki, onlarla valideyn ona müraciət edib bu məsələnin ictimailləşdirilməsini xahiş edib.

Günel Səfərova qeyd edib ki, Azərbaycan səhiyyəsi virusun öhdəsindən gəlmək iqtidarında deyil, nazir Almaniyada müayinəyə getməklə başçılıq etdiyi sistemə özünün də inanmağını sübut edir.

Günel Səfərovanın sözlərinə görə, təhsil naziri nəzərə almalıdır ki, uşaqların sağlamlığı daha önəmlidir və buna görə müvafiq addımlar atılması zəruridir.

Gülnar/aktual.az


Xəbər 3212 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR