Günel Səfərova: Azərbaycan məktəbləri şəxsiyyət formalaşdıra bilmir - VİDEO

Günel Səfərova: Azərbaycan məktəbləri şəxsiyyət formalaşdıra bilmir   - VİDEO

ANS TV-də yayımlanan "Nəzər nöqtəsi" verilişində son günlər ölkənin gündəm mövzusuna çevrilən "müəllim - şagird" münasibətləri və sosial şəbəkələrdə şagirdlərin döyülməsiylə bağlı yayılan videolar müzakirə olunub.

Aktual.az Azxeber.com-a istinadən xəbər verir ki, verilişdə qonaq kimi "Ailə Hüquq Mərkəzi" İctimai Birliyinin sədri, hüquqşünas Günel Səfərova və Bakı şəhər Baş Təhsil İdarəsinin əməkdaşı Lamiyə Şərəfxanova iştirak edib.

Günel Səfərova bildirib ki, bu videolarda hüquq pozuntusu var: "Bu görüntülərdə uşaqların hüquqları pozulur. Bu görüntülərə görə valideynlər həmin müəllimləri cinayət məsuliyyətinə cəlb edə bilərlər. Amma çox təəsüf ki, bu günə qədər valideynlər bununla bağlı bizə şikayət etməyiblər, onlar ərizə yazsalar da, sonradan ərizələrini geri götürürlər".

O bildirib ki, məktəblərdə inam şəxsləri və ya şəffaf qutular olmalıdır: Biz gözəl bilirik ki, zorakılığın göznən görünən və görünməyən tərəfləri var. Həmçinin bizim məktəblərdə psixoloqlar təkcə şagirdlərlə yox, müəllimlərlə də işləməlidir.

Hüquqşünas həmçinin qeyd edib ki, Azərbaycan məktəbləri şəxsiyyət formalaşdıra bilmir: "Mən əminliklə deyə bilərəm ki, Azərbaycan məktəbləri yaxşı riyaziyyatçı, yaxşı tarixçi formalaşdıra bilir, ancaq şəxsiyyət yox"

Xəbər 1409 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR