"Gültəkin Hacıbəyli yalan danışaraq Qüdrət Həsənquliyevə böhtan atdı"


Gültəkin Hacıbəylinin BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyevin çıxışı ilə bağlı səsləndirdiyi fikirlərə dərhal cavab gəlib.  Facebook-da minlərlə izləyicisi olan səhifəsində cavab yazan BAXCP sədrinin müavini, QHT sədri Niyaməddin Orduxanlı bildirib ki, Gültəkin Hacıbəyli növbəti dəfə ictimaiyyətə ağ yalan danışdı: "Gültəkin Hacıbəyli çəkinmədən ictimaiyyətə gülə-gülə növbəti yalanını söyləyib. O, qeyd edib ki, Qüdrət bəy cərimələr hesabına deputatların əmək haqlarının artırlmasını təklif edib. Qüdrət bəy Milli Məclisdə toplanan cərimələr hesabına ayrı-ayrı kateqoriyalardan olan işçilərin əmək haqqının artırılmasının sosial ədalət prinsipini pozduğunu bəyan edib və ləğv olnmasını tələb edib. Onun çıxışı mətbuatda dərc olunub. Qeyd edib ki, əgər bu qayda ləğv olunmursa, onda hakimiyyətin müstəqil qanadı olan Milli Məclisin Aparatının əməkkdaşları Prezident Administrasiyasının əməkdaşlarından çox az maaş alır, onların da maaşı eyni qaydada artırılsın. Qüdret bəy depuatlarin əmək haqqlarının artırlmasından danısmayib. G.Hacıbəyli deputat olanda iqtidarı həmişə tərifləyib göylərə qaldıranda Qüdrət bəy islahatların aparılmasının zəruriliyindən, şəhid ailərinin, qaçqınların, müharibə veteranlarının əksəriyyətinin sosial vəziyyətinin ağırlığından danışıb, pensiyaların, müəllimlərin , səhiyyə işçilərinin , büdcədən maaş alan digər vətəndaşların maaşlarının atırılması barədə mütəmadi olaraq məsələ qaldırıb. Gültəkin Hacıbəyli deputat olanda iqtidara yarınmasına və yaltaqlığına haqq qazandırmaq üçün, bu gün deyir ki, o deputat olanda da səmimi olub, indi iqtidarı yamanlayanda da səmimidir. Deməli ya onda yalan danışıb, ya da indi yalan danışır. Bir birindən tam fərqli fikirlər söyləməyin səmimiyyətə nə aidiyyatı var?! İqidar həmin iqtidardı!
Azərbaycanın regionun lider dövləti olmasını isə Qüdrət bəy yazmayıb. Bu iqtidarın pulu ilə G.Hacıbəylinin indiki lideri Cəmil Həsənli yazıb! Qüdrət bəyin çıxışlarını oxumurlarsa heç olmasa liderlərinin yazdıqlarını oxusunlar!”
Xəbər 1277 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR