Fiziki məhdudiyyətli şəxslərə dəstək məqsədilə "Nar”ın növbəti - "Canlı kitab” layihəsi "Radio
Antenn" 101 FM-in efirində artıq ikinci aydır ki, davam edir. "Canlı
kitab” layihəsində klassik və müasir Azərbaycan ədəbiyyatının, eyni zamanda dünya
klassiklərinin Azərbaycan dilinə tərcümə olunmuş əsərləri audio-kitablar şəklində
yazılır. Görmə məhdudiyyəti olan insanların dünyasına işıq salmaq məqsədilə həyata
keçirilən layihə ilə səsli ədəbiyyat kitabxanası yaradılacaq. İndiyədək C. London,
G.De Mopassan, H.Murakami, A.Çexov, C.Məmmədquluzadə, Y.V.Çəmənzəminli, Ə.Haqverdiyev,
İ.Məlikzadə, K.Abdullanın əsərləri canlı səsləndirilib.
Qeyd edək ki, ötən aydan
başlayaraq "Radio Antenn” 101 FM-in canlı efirində Azərbaycan və dünya
ədəbiyyatının seçmə nümunələri tanınmış aktyorlar, qiraət ustaları tərəfindən
səsləndirilir. Layihə başa çatdıqdan sonra bütün səsyazılarının flaşkardlar şəklində
kitab oxumaqda çətinlik çəkən şəxslərə paylanması nəzərdə tutulur. Layihənin
əsas məqsədi bədii ədəbiyyatı görmə məhdudiyyətli insanlar üçün əlçatan etmək, insanların
ədəbiyyata marağının artmasına dəstək olmaqdır.
Qeyd edək ki, proqramı
həftəiçi beş gün saat 10:00-dan 12:00-dək "Radio Antenn" 101 FM-in
yayımında dinləyə bilərsiniz.
"Azerfon”
şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa
bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən
birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi
irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə
olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin
istifadəsinə verib. Nar” şəbəkəsi hazırda ölkə əhalisinin 97,7%-ni əhatə edir
və 8600-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə
yüksəkkeyfiyyətli xidmət göstərir.
Xəbər 285 dəfə oxunub.