Gömrükdə mobil telefonlar, siqaretlər və dərman preparatlarının ölkəyə keçirilməsinin qarşısı alındı

Gömrükdə mobil telefonlar, siqaretlər və dərman preparatlarının ölkəyə keçirilməsinin qarşısı alındı

Şimal Ərazi Baş Gömrük İdarəsinin əməkdaşları iki fakt üzrə mobil telefonların, siqaretlərin və dərman preparatlarının gömrük nəzarətindən gizlədilərək ölkə ərazisinə keçirilməsi cəhdinin qarşısını alıblar.
Bu barədə Aktual.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Bildirilir ki, əməliyyat və təhqiqat şöbəsinə daxil olan məlumat əsasında Rusiya Federasiyası istiqamətindən "Samur" gömrük postunun idxal gömrük nəzarəti xəttinə daxil olan Azərbaycan Respublikası vətəndaşlarının idarə etdikləri "DAF" və "Mercedes-Benz Actros" markalı yük avtomobilləri saxlanılıb.
Yoxlama zamanı nəqliyyat vasitələrindən birinin sürücüsünün üzərində gömrük nəzarətindən gizlədilən iki ədəd "Vertu" markalı mobil telefonlar, digər yük avtomobilinin gizli saxlanc yerlərində gömrük nəzarətinə bəyan edilməyən 1 600 ədəd " Parlament Heets" markalı siqaret və 400kapsul dərman preparatları aşkar edilib.
Hər iki faktla bağlı araşdırma aparılır.
Xəbər 245 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR