“Gənclər siyasəti haqqında” qanuna dəyişiklik edildi

“Gənclər siyasəti haqqında” qanuna dəyişiklik edildi

 Azərbaycan Milli Məclisi "Gənclər siyasəti haqqında” qanuna dəyişiklik edib.

"Report” xəbər verir ki, layihə parlamentin bu gün keçirilən plenar iclasında müzakirə olunub.
Dəyişikliklə Azərbaycanda gənclər siyasətinin həyata keçirilməsi sahəsində dövlətin vəzifələri artırılıb.
Qanunun 4-cü (Gənclər siyasətinin həyata keçirilməsi sahəsində dövlətin vəzifələri) maddəsinə edilən əlavədə nəzərdə tutulur:
1.Aztəminatlı gənc ailələrin sosial müdafiəsi,
2.Gənc alim və tədqiqatçıların elmi fəaliyyətinin dəstəklənməsi,
3.Gənclərin sosial-iqtisadi və mədəni inkişafı üçün tədbirlərin həyata keçirilməsi,
4.Sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərin sosial, mənzil, təhsil problemlərinin həlli və asudə vaxtlarının səmərli keçirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi,
5.Gənclər arasında könüllülük fəaliyyətinin təşviqi,
6.Gənclər arasında hər növ ekstremizmin və radikalizmin qarşısının alınması,
7.Gənclərin fərdi inkişafı üçün qeyri-formal və informal təhsilalma imkanlarının yaradılması,
8.Gənclərin inkişafı, yeni biliklərə yiyələnməsi məqsədilə informasiya texnologiyaları, sosial şəbəkə və multimedia vasitələrindən istifadə sahəsində imkanların artırılması, bu sahədə qanunvericiliyin tələblərinə riayət edilməsinə, insanların şərəf və ləyaqətlərinin və şəxsi həyatın toxunulmazlığı hüququnun qorunmasına nəzarətin təmin edilməsi.
Dəyişiklə "Gənclər evi” sosial xidmət müəssisələri şəbəkəsində hansı xidmətlərin göstərilməsi müəyyənləşib
Qanunun 5-ci (Gənclərin mənəvi-əxlaqi tərbiyəsi və mədəni həyatda iştirakı) maddəsinə edilən əlavəyə əsasən, "Gənclər evi” sosial xidmət müəssisələrində risk qrupundan olan gəncələrə aşağıdakı xidmətlər göstəriləcək:
1.Risk qrupundan olan gənclərin hüquqi və sosial-psixoloji yardımla təmin edilməsi,
2. Risk qrupundan olan gənclərin aktiv məşğulluq tədbirlərinə cəlb olunmasına köməklik göstərilməsi,
3. Risk qrupundan olan gənclər üçün sosial-psixoloji reabilitasiya kursunun təşkil edilməsi,
4.Cəzaçəkmə müəssisələrindən azad edilən sosial adaptasiyaya ehtiyacı olan gənclərin sosial adaptasiya mərkəzlərinə yerləşdirilməsinə köməklik göstərilməsi,
5.Risk qrupundan olan gənclərlə könüllülər arasında qarşılıqlı yardım qruplarının təşkil edilməsi,
6. Risk qrupundan olan gənclərin sosial müdafiəsini və sosial təminatı ilə bağlı digər tədbirlərin həyata keçirilməsinin təmin edilməsi,
7.18 yaşınadək gənclərin mənəvi-əxlaqi tərbiyəsinin təmin edilməsi və sağlam gəncliyin formalaşdırılması məqsədilə bunlar qadağan edilir: Onlara tütün məmulatlarının, spirtli və enerji içkilərinin satışı, onların idman mərc oyunlarında birbaşa və ya dolayı iştirakı, gecə klublarında və barlarda olması.
Müvafiq icra hakimiyyəti orqanları 18 yaşınadək gənclərin mənəvi-əxlaqi tərbiyəsinin, onların sağlamlığına və inkişafına ziyan vuran informasiyalardan qorunmasını təmin etmək məqsədilə "təhlükəsiz internet” mexanizminin yaradılmasını təmin edirlər.
Azərbaycanda gənclərin təhsili, tərbiyəsi, asudə vaxtının təşkili, fiziki və mənəvi inkişafı ilə bağlı fəaliyyət göstərən obyektlər özəlləşdirildikdən sonra 5 il deyil, 10 il müddətinə funksional təyinatının dəyişdirilməsinə və ya başqa məqsədlər üçün istifadə edilməsinə yol verilməyəcək.
Qanunun 13-cü (Gənclər siyasətinin həyata keçirilməsinin maddi və maliyyə təminatı) maddəsinə əsasən, gənclərin təhsili, tərbiyəsi, asudə vaxtının təşkili, fiziki və mənəvi inkişafı ilə bağlı fəaliyyət göstərən obyektlərin qorunmasına dövlət təminat verir. Bu obyektlər qanunvericilikdə müəyyən olunmuş qaydada özəlləşdirildikdən sonra 5 il müddətində onların funksional təyinatının dəyişdirilməsinə və ya başqa məqsədlər üçün istifadə edilməsinə yol verilmir. Dəyişikliyə əsasən isə bu müddət 10 il olub.
Layihə müzakirə edildikdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.
Xəbər 293 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR