Gəncənin icra başçısı səfirlə görüşdü

Gəncənin icra başçısı səfirlə görüşdü

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov İsveçin Azərbaycandakı səfiri xanım İnqrid Tersmanı qəbul edib. 

"Qafqazinfo” xəbər verir ki, görüşdə qonağa Gəncənin tarixi, mədəniyyəti və iqtisadiyyatı barədə məlumat verilib, əməkdaşlıq imkanları müzakirə edilib. N. Bayramov bildirib ki, 4000 illik tarixə malik Gəncə zəngin mədəni irsə sahibdir: "Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Mirzə Şəfi Vazeh kimi mütəfəkkirlər yetişdirmiş şəhər, sadəcə Azərbaycan yox, dünya ədəbiyyatına da əvəzsiz tövhələr verib. 2016-ci ildə Avropa Gənclər Paytaxtı, 2017-ci ildə MDB Ölkələrinin Mədəniyyət Paytaxtı titullarını daşıyan Gəncə, 2019-cu il üçün Avropanın İdman Şəhəri seçilib. Gəncədə 3 universitet və 3 kollec fəaliyyət göstərir”. 

İnqrid Tersman qeyd edib ki, səfərinin məqsədi Azərbaycanın bölgələrini daha yaxından tanımaqdır. Gəncədən əvvəl Naxçıvan MR və Şəkidə olduğunu deyən səfir, Gəncənin zəngin mədəni irsini xüsusi qiymətləndirib: "Mənim fikrimcə Gəncənin tarixi və milli dəyərləri ölkəniz üçün çox əhəmiyyətlidir”. 

 

Görüşdə qarşılıqlı əməkdaşlıq imkanları müzakirə edilib. İnqrid Tersman bildirib ki, xüsusi ilə mədəniyyət sahəsində müəyyən addımlar atıla bilər.

Səfir görüşdən sonra Gəncə Şərab Zavodu və Gəncə Avtomobil Zavodunda olub. 

 


Xəbər 62 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR