Gəncədə və Qırmızı Körpü ərazisində logistik mərkəzlər qurulacaq

Gəncədə və Qırmızı Körpü ərazisində logistik mərkəzlər qurulacaq

Gəncə şəhərində və Gürcüstanla sərhəddə yerləşən Qırmızı Körpü ərazisində logistik mərkəzlərin qurulması planlaşdırılır.

Aktual.az "Report”a istinadən xəbər verir ki, bu barədə Bakıda keçirilən "Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” mövzusunda konfransda Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının katibi Rüfət Bayramov məlumat verib. 
"Hər bölgədə logistika mərkəzlər qurulacaq. Artıq Ələtdə belə mərkəz - azad ticarət zonası qurulub", - deyə o, qeyd edib. 
Bundan başqa, R.Bayramovun sözlərinə görə, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri artıq sinxronlaşdırılıb və intensiv fəaliyyət göstərir. 
Xəbər 140 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR