Gəncədə 5 günlük körpə öldü

Gəncədə 5 günlük körpə öldü

Gəncədə sağlamlığında problem olan yeni doğulmuş körpə ölüb.

Aktual.az xəbər verir ki, APA-nın məlumatına görə, Gədəbəy rayon sakini, 1986-cı il təvəllüdlü İsmayılova Rahilə Hətəm qızı 5 gün əvvəl Gəncədə yerləşən Regional Pernotal Mərkəzdə uşaq dünyaya gətirib.
Müayinə zamanı uşaqda mədə bağırsaq sisteminin trafil qanaxması aşkar olunub. Tibbi yardıma baxmayaraq, uşağın həyatını xilas etmək mümkün olmayıb. O, 5 gün sonra xəstəxanada ölüb.
Məlumata görə, bu R. İsmayılovanın dünyaya gətirdiyi 3-cü övladı olub.
Faktla bağlı araşdırma aparılır.

Aktual.az 
Xəbər 260 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR