Gələn ilin dövlət büdcəsində neftin baza qiyməti açıqlandı

Gələn ilin dövlət büdcəsində neftin baza qiyməti açıqlandı

Azərbaycanın 2018-ci il dövlət büdcəsində neftin baza qiyməti 45 dollar/barel səviyyəsində götürüləcək.

Aktual.az-ın məlumatına görə, "Report” bu barədə "2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə istinadən xəbər verir.
Sənəddə deyilir ki, gələn il dünya bazarında neftin qiymətinin 50 dollar/barel ətrafında dəyişəcəyi proqnozlaşdırılır.
Bu, 2017-ci ildəki analoji baza qiymətindən 12,5% və yaxud 5 dollar/barel çoxdur.
 
Aktual.az
Xəbər 330 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR