Gələn ildən “WhatsApp” bəzi telefonlarda işləməyəcək

Gələn ildən “WhatsApp” bəzi telefonlarda işləməyəcək

"WhatsApp” messenceri 2018-ci ildən bəzi əməliyyat sistemlərini dəstəkləməmək barədə qərar qəbul edib.
 
"Report” bu barədə "International Business Times” nəşrinə istinadən xəbər verir.
 
Məlumatda həmçinin deyilir ki, yanvarın 1-dən başlayaraq "WhatsApp” "Windows 8.0” və ondan da əvvəlki əməliyyat sisteminə malik smartfonlarda, eləcə də "BlackBerry OS” və yaxud "BlackBerry 10” markalı mobil telefonlarda işləməyəcək.
 
Bundan başqa, gələn ildən "WhatsApp” "Nokia S40”, 2020-ci ildən isə "Android 2.3.7” bazasında işləyən smartfonlara xidməti dayandırmağı planlaşdırır. 
 
Aktual.az
Xəbər 703 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR