Gələn il yenidən qurulacaq avtomobillər yolları məlum olub

Gələn il yenidən qurulacaq avtomobillər yolları məlum olub

"Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) gələn il yeni yolların tikintisinə başlayacaq”.

"Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında qurumun sədri Saleh Məmmədov deyib.
Onun sözlərinə görə, artıq həmin yollarının layihələri hazırdır: "Gələn il Gəncədən Qırmızı Körpüyə qədər olan yolun 2-ci texniki dərəcədən 1-ci texniki dərəcəyə keçirilməsi nəzərdə tutulub. Bundan başqa, Ucar-Zərdab-Ağcabədi və Biləsuvar-Bəhrəmtəpə yolları, eləcə də Xaldan-Gürcüstanla dövlət sərhədi yolunun Xaldan-Şəki hissəsi yenidən qurulacaq”.
 
Aktual.az
Xəbər 296 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR