Gələn il Azərbaycanda avtomobil benzininin istehsalı artacaq

Gələn il Azərbaycanda avtomobil benzininin istehsalı artacaq

 Gələn il Azərbaycanda 1 310,7 min ton avtomobil benzini istehsalı proqnozlaşdırılır ki, bu da 2018-ci ilin proqnozu ilə müqayisədə 1,5% çoxdur.


"Report”un məlumatına görə, bu barədə 2019-cu il büdcə zərfində deyilir.

Məlumata görə, 2020-ci ildə 1 186,2 min ton, 2021-ci ildə 1 424,1 min ton, 2022-ci ildə 1 443,8 min ton avtomobil benzini istehsal olunacağı gözlənilir.

Qeyd edək ki, 2018-ci il proqnozuna əsasən, ölkədə 1 291,3 min ton avtomobil benzini istehsal olunacağı ehtimal olunur.

 
Aktual.az
Xəbər 403 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR