Gələn il 5 ASAN mərkəzin tikintisinə start veriləcək

Gələn il 5 ASAN mərkəzin tikintisinə start veriləcək

"Qubada "ASAN xidmət” Mərkəzinin yaradılması çox gözəl hadisədir. Bu, sayca 12-ci mərkəzdir. Mərkəzlərdən 5-i Bakıda yaradılıb, 7-si də Quba daxil olmaqla, digər bölgələrdə. "ASAN xidmət” artıq beş ildir ki, fəaliyyət göstərir. Beş il ərzində Azərbaycan xalqının rəğbətini qazana bilmişdir. Bu illər ərzində "ASAN xidmət” mərkəzlərinə 18 milyondan çox müraciət daxil olmuşdur və "ASAN xidmət”in fəaliyyətini bəyənmə əmsalı 100 faizə yaxındır. Mən bunu dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, bu, doğrudan da ictimai xidmətlər sahəsində böyük bir inqilabdır”.

Aktual.az-ın xəbərinə görə, bunu dekabrın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Quba"ASAN həyat” Kompleksinin açılış mərasimində deyib. Dövlət başçısı vurğulayıb ki, "ASAN xidmət” Azərbaycan brendidir, Azərbaycanın intellektual məhsuludur: "O məhsul ki, bu gün biz onu xaricə ixrac edirik. Bir neçə ölkə "ASAN xidmət”lə maraqlanır. Bizim "ASAN xidmət” bir neçə ölkə ilə müvafiq sənədlər imzalayıb və artıq bir neçə ölkədə "ASAN xidmət” mərkəzləri yaradılır.

"ASAN xidmət” beynəlxalq təşkilatlar tərəfindən də çox yüksək qiymətə layiq görülüb. BMTictimai xidmətlər sahəsində "ASAN xidmət”ə yüksək mükafat vermişdir. Bir neçə mötəbər beynəlxalq təşkilat artıq "ASAN xidmət”lə uğurlu əməkdaşlıq edir.

Bildiyiniz kimi, stasionar mərkəzlərlə yanaşı, 10 avtobus səyyar xidmət göstərir, "ASAN qatar” xidməti artıq fəaliyyətə başlayıbdır. Əlbəttə, biz çalışmalıyıq ki, gələcək illərdə ölkəmizin hər bir yerində "ASAN xidmət” mərkəzləri olsun. İstəyirəm bizim ictimaiyyət onu da bilsin ki, gələn il üç "ASAN xidmət” Mərkəzinin açılışı nəzərdə tutulur – Mingəçevir, Şəkivə İmişli şəhərlərində. Eyni zamanda, gələn il 5 mərkəzin tikintisinə start veriləcəkdir və 2019-cu ildə onların açılışı nəzərdə tutulur. Biz istəyirik ki, 2019-cu ilin sonuna qədər ölkəmizdə 20 "ASAN xidmət” Mərkəzi fəaliyyət göstərsin. Beləliklə, "ASAN” bütün bölgələrə gəlir, hər bir vətəndaşa çox gözəl xidmət göstərir. "ASAN”ın öz davranış qaydaları var”.
 
Aktual.az
Xəbər 229 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR