Gələn ay Çelyabinsk-Bakı aviareysi açılacaq

Gələn ay Çelyabinsk-Bakı aviareysi açılacaq

Aprel ayının 9-dan etibarən Rusiyanın "İrAero” aviaşirkəti Çelyabinsk-Bakı marşrutu üzrə birbaşa aviareyslərin yerinə yetirilməsinə başlayacaq. 
 
ONA-nın aviaşirkətə istinadən verdiyi məlumata görə, sözügedən aviareys üzrə uçuşlar hər həftənin II, iyunun 20-dən etibarən isə  IV günləri "Sukhoi Superjet 100” avialayneri ilə həyata keçiriləcək.
Bakıdan Çelyabinskə təyyarə saat 13:00-da, əks istiqamətdə isə yerli vaxtla saat 19:00-da havaya qalxacaq. Uçuşun ümumi vaxtı 3 saat təşkil edəcək.
Qeyd edək ki, sözügedən aviareys üzrə biletlər artıq satışa çıxarılıb. Bir istiqamətə biletin qiyməti 10 min rubl (264 manat) təşkil edir.
Xəbər 427 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR