GDU KİV-Ə MÜRACİƏT ETDİ

GDU KİV-Ə MÜRACİƏT ETDİ



Çox hörmətli KİV əməkdaşları.

Bildirmək istəyirik ki, özlərini jurnalist adlandıran bəzi şəxslər onlara ünvanlanmış hansısa bir anonim məlumatı heç bir araşdırma aparmadan dərc edirlər. Bu isə Gəncə Dövlət Universitetinin işgüzar nüfuzuna və imicinə zərbə vurur.

Əgər Google üzərindən kiçik bir araşdırma aparsaz, bu məktubda yazılanların müxtəlif vaxtlarda universitet haqqında dərc edilən anonim məktublardan "seçmələr" olduğunu görərsiz.

Bu günlərdə adı Mətbuat Şurasının qara siyahısında olan saytlardan biri GDU ilə bağlı bir yazı vermişdi. Yazıdan bir abzasa baxın, xahiş edirəm:

”… Dünən isə növbədənkənar Elmi Şura çağıran GDU-nun rektoru Yusif Yusibov dekanlara ciddi şəkildə tapşırıb ki, rüşvət qəti ola bilməz,obyektivlik təmin olunmalıdır və imtahanların sualları cavabıyla bir yerdə tələbələrə paylanmalıdır”. Ardınca isə sayt iddia edir ki,rektor bunu yalandan deyir,onsuz da rüşvət alacaq. Bu "məntiq sahibi” anlamır ki, əgər test suallarının doğru cavabı tələbələrə paylanıbsa, tələbə bu 300-500 sualın cavabını əzbərləyib imtahandan qiymət alacaq, daha niyə rüşvət verməlidir ki???

Maraqlı burasıdır ki,"qarşı tərəfin mövqeyini verə bilərik" sözləri məqalənin altında yazılsa da, belə saytların rəhbərliyi bu mövqeyi verməkdən imtina edirlər. Bu isə KİV haqqında qanuna ziddir.

Ümumiyyətlə, bildirmək istəyirik ki, Gəncə Dövlət Universiteti ilə bağlı kütləvi informasiya vasitələrinə göndərilmiş böhtan xarakterli bu yazılar reallığı əks etdirmir və universitetin işgüzar nüfuzuna xələl gətirmək məqsədini daşıyır. Bu yazıları müxtəlif saytlara göndərənlər isə tərəqqini, inkişafı gözü götürməyən, hər bir mütərəqqi ideyalara qarşı çıxan, işindəki nöqsanlara görə tutduqları vəzifədən azad edilən və buna görə də, universitet rəhbərliyindən heyf almaq məqsədi ilə alışıb yanan müxalif fikirli insanlardır. Belə şəxslər saxta emaillər düzəldərək öz cızmaqaralarını müxtəlif kütləvi informasiya vasitələrinə göndərib, saxta adlarla bu yazıların dərcinə nail olmaq və ictimai fikiri çaşdırmaq məqsədi güdürlər.

Bir daha Sizə öz dərin təşəkkürümüzü bildiririk.Tanrı Sizin kimi dəyərli jurnalistləri qorusun.

Hörmətlə, Elçin Cavadov,
Gəncə Dövlət Universitetinin dosenti, texnika elmləri doktoru".
Xəbər 387 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR