“Galaxy S10” modeli martın 8-də təqdim ediləcək

“Galaxy S10” modeli martın 8-də təqdim ediləcək

S10 modelinin ABŞ-da satış qiyməti 550 dollar dəyərində müəyyən olunub.

Koreya Respublikasının texnologiya nəhəngi olan "Samsung Electronics” şirkəti "Galaxy S10”, habelə "S10+” və "S10 Lite” smartfonlarını martın 8-də təqdim edəcək.
Artıq fevralın 20-dən başlayaraq ABŞ-da onlayn qaydada qabaqcadan sifarişlərin qəbuluna başlanılacaq. Bildirilir ki, ekranın diaqonalı 5,8-6,4 düym aralığında olacaq yeni modellər 5G mobil şəbəkəsinə girişi dəstəkləyəcək.
S10 modelinin ABŞ-da satış qiyməti 550 dollar dəyərində müəyyən olunub.
Şirkətin müştərilərinə təqdim edəcəyi yeniliklərdən biri də kabelsiz qulaqlıqlardır. Bu qulaqlıqlar həm də enerjini kabelsiz yığa biləcək.(AZƏRTAC)
Xəbər 104 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR