Fransızlara evdən çıxmaq üçün icazə elektron formada veriləcək

Fransızlara evdən çıxmaq üçün icazə elektron formada veriləcək

Fransada yeni növ koronavirus pandemiyası səbəbi ilə tətbiq olunan ümummilli özünütəcrid şəraitində sakinlər evdən çıxmalarının əsaslı olduğunu təsdiqləmək üçün zəruri QR-kodu smartfonları vasitəsilə alacaqlar.

"Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Fransanın Daxili İşlər naziri Kristof Kastaner "Twitter” səhifəsində məlumat verib.
"Elektron formanı doldurmaq üçün yeni fürsət yaradıldığını elan edirəm. Daxili İşlər Nazirliyi tərəfindən hazırlanan yeni həll yolu sadə və təhlükəsizdir”, - o yazıb.
Bazar ertəsindən başlayaraq smartfon və ya planşet sahibləri xüsusi formanı elektron formada yükləyə, onu doldurub sonradan yoxlama zamanı polis əməkdaşları tərəfindən skan ediləcək QR kodu alacaqlar. Bu, polis və sakinlər arasında fiziki təmasdan qaçınmaq üçün atılmış addımdır.
Qeyd edək ki, bu il martın 17-dənetibarən Fransada özünütəcrid rejimi qüvvədədir. Rejim hələlik aprelin 15-dək keçərlidir. Ölkə sakinlərinə yalnız əsaslı səbəb göstərilən sorğu anketini doldurduqdan sonra evlərini tərk etməyə icazə verilir. 
Xəbər 314 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR