Fransanın dövlət katibi Ermənistana səfər edəcək

Fransanın dövlət katibi Ermənistana səfər edəcək
  • DÜNYA

Fransanın dövlət katibi Jan-Batist LemunYerevana ikigünlük işgüzar səfər edəcək.
"Report” "Novosti Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Fransanın Ermənistandakı səfirliyindən bildirilib.
Məlumata görə, səfər noyabrın 27-dən 28-dək davam edəcək. Dövlət katibinin özü ilə Fransadan Ermənistana humanitar yardım da gətirəcəyi bildirilib.
Jan-Batist Lemun Ermənistanın Səhiyyə Nazirliyi və iki xəstəxanaya baş çəkəcəyi gözlənilir.
O, Ermənistan rəhbərliyi ilə də görüşlər keçirəcək.
Xəbər 355 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR