Fransada Makronu Hitler kimi təsvir edən plakatlar asıldı - FOTO

Fransada Makronu Hitler kimi təsvir edən plakatlar asıldı - FOTO

Fransanın Avinyon şəhərində ölkə başçısı Emmanuel Makronu nasist Almaniyasının lideri Adolf Hitler kimi təsvir edən plakatlar peyda olub.
Şəhərin ətrafında onlarla oxşar plakat asılıb. Təsvir küçə rəssamı Lektonun aprel ayında şəhərdə görünən əl işini təkrarlayır.
Makron pensiya islahatlarına etiraz olaraq rəsmlərdə Hitler kimi bığlı təsvir edilib.
Bu dəfə Avinyon meriyası bütün plakatların dərhal yığışdırılmasını əmr edib və bunun üçün bir neçə polis dəstəsi ayırıb.
Məlumata görə, ölkə prokurorluğu Fransa prezidentini "ictimai şəkildə təhqir etmək” və "qiyama təhrik” maddələri üzrə istintaqa başlayıb. Bu maddələr müvafiq olaraq 12 000 avro cərimə ilə iki ay həbs və 7 500 avro cərimə nəzərdə tutur.

 

Xəbər 203 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR