Fransada bir nəfər 25 milyon avro udub

Fransada bir nəfər 25 milyon avro udub

Fransada bir nəfər 25 milyon avro udub.

"Report"un yerli bürosu xəbər verir ki, Euromillions loto oyununun martın 7-də keçirilən ikinci tirajında 25 milyon avro udan şəxsin kimliyi hələlik məlum deyil. 
Onun udduğu 25 milyona sahib çıxması üçün 60 gün vaxtı var.
2004-cü ildə yaradılmış Euromillions loto oyunu Avropanın 9 ölkəsini - Fransa, Böyük Britaniya, İspaniya, Portuqaliya, Belçika, İrlandiya, Avstriya, İsveç və Lüksümburqu əhatə edir. Ən çox udan bu günədək 2014-cü ildə bir portuqaliyalı və 2012-ci ildə ingilis cütlük olub. Onlar 190 milyon qazanıblar.
Xəbər 272 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR