Fransa Ukrayna münaqişəsində birbaşa iştirak variantlarını araşdırır - SVR

Fransa Ukrayna münaqişəsində birbaşa iştirak variantlarını araşdırır - SVR
  • DÜNYA

Fransa Ukrayna münaqişəsində birbaşa iştirak variantlarını axtarmağa davam edir.
Aktual.az xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin (SVR) məlumatında bildirilib.
Qurum Fransanın "silahlı münaqişə vəziyyətində olan üçüncü ölkəyə" yardım göstərmək üçün özəl hərbi şirkətlərin istifadəsinə icazə verən 2025-1030 nömrəli hökumət qərarına diqqət çəkib.
Qeyd olunub ki, Ukraynanın mobil hava hücumundan müdafiə qrupları və onun sahib olduğu bir neçə F-16 təyyarəsi Rusiya hava hədəfləri ilə mübarizə apara bilmir. "Miraj və digər texnikanın mənimsənilməsi vaxt və yüksək ixtisaslaşmış kadrlar tələb edir. Bu məqsədlə Kiyevin müasir Qərb, əsasən Fransa silahları ilə təchiz olunmuş xarici özəl hərbi şirkətlərə ehtiyacı olacaq.
Qərb özəl hərbi şirkətləri bu problemləri həll etmək üçün istifadə edilə bilər, lakin onların iştirakı Moskva tərəfindən Fransanın Rusiyaya qarşı hərbi əməliyyatlarda birbaşa iştirakı kimi qəbul ediləcək", deyə SVR-nin məlumatında bildirilib.
Xəbər 48 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR