Fransa parlamentinin deputatları Azərbaycana gələcəklər

Fransa parlamentinin deputatları Azərbaycana gələcəklər

Fransa parlamentinin deputatları gələn həftə Azərbaycana gələcəklər.

"Report"un Qərbi Avropa bürosu xəbər verir ki, nümayəndə heyətinə Andre Vilye, Bertran Sor, Jan-Lük Reitzer və digər deputatlar daxildir. 
Onlar Bakıda keçiriləcək VI Humanitar Forumda iştirak edəcəklər.
Fransa parlamentində Fransa-Azərbaycan Dostluq qrupunun üzvü Andre Vilye "Report"a bildirib ki, fransalı deputatların Azərbaycana bu səfəri iki ölkə arasında yüksək səviyyədə inkişaf edən ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə imkan yaradacaq.
Qeyd edək ki, VI Bakı Beynəlxalq Humanitar forumu oktyabrın 25-26-da baş tutacaq.  
 
Aktual.az
Xəbər 100 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR