“Fitch” Gürcüstanın iqtisadi artım proqnozunu azaldıb

“Fitch” Gürcüstanın iqtisadi artım proqnozunu azaldıb

"Fitch" Beynəlxalq Reytinq Agentliyi Gürcüstanın iqtisadi artım proqnozuna dəyişiklik edib.

"Report”un yerli bürosu xəbər verir ki, yenilənmiş proqnoza əsasən, Gürcüstanın builki iqtisadi artımı 4,3%-ə qədər azaldılıb.
"Fitch” bu il qonşu ölkədə 4,6% iqtisadi artımın olacağını proqnoz edib.
Agentliyin məlumatında qeyd olunub ki, iqtisadi artımın azaldılmasını kredit qoyuluşunun artım tempinin ləngiməsi və Rusiyanın Gürcüstana aviauçuşlara qadağası şərtləndirib: "Rusiya Gürcüstana turist axınının ən böyük mənbələrindən biridir. Rusiyanın uçuşlara qadağa qoyması Gürcüstanın turizm sektorunun genişlənməsinə mane olur”.
"Fitch” Gürcüstanın suveren kredit reytinqini "BB” səviyyəsində saxlayıb. 
Xəbər 354 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR