“Fitch” dünya iqtisadiyyatına dair proqnozunu dəyişib

“Fitch” dünya iqtisadiyyatına dair proqnozunu dəyişib

"Fitch” beynəlxalq reytinq agentliyi dünyada 2020-ci ildəki iqtisadi artımla bağlı proqnozunu 2,8 faizdən 2,7 faizədək azaldıb.

"Report” agentliyin icmalına istinadən xəbər verir ki, bu meylin səbəbləri arasında Çin, ABŞ, Braziliya biznesinə yatırım perspektivlərinin daralması nəticəsində artımın yavaşlanması, Çində istehlak artımının zəifliyi, başqa inkişaf etməkdə olan ölkələrdə də daha mötədil artım gözləntiləri göstərilir.
Həmçinin 2020-ci ilə dair Çində iqtisadi artım proqnozunu da 6,1 faizdən 6 faizə, ABŞ-da 1,9 faizdən 1,8 faizə, Braziliyada da 2,7 faizdən 2,2 faizədək azaldan "Fitch” cari il üçün dünya iqtisadi artımına dair 2,8 faizlik proqnozunu təsdiq edib.
 
Aktual.az

Xəbər 338 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR