“Fərman fərdi yaşayış evlərinə şamil edilmir” – PA rəsmisi

“Fərman fərdi yaşayış evlərinə şamil edilmir” – PA rəsmisi

Prezident İlham Əliyevin bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında imzaladığı fərman fərdi yaşayış evlərinə şamil edilmir.
 
Amma həyət evlərinin sənədləşməsi ilə bağlı vəziyyətin öyrənilməsi üçün tapşırıqlar verilib.
Trend-in məlumatına görə, bunu Prezident Administrasiyasının iqtisadi məsələlər üzrə köməkçi xidmətinin baş məsləhətçisi Feyruz Mustafayev jurnalistlərə açıqlamasında deyib.
F.Mustafayevin sözlərinə görə, bəzi yaşayış evləri mühafizə zonalarında, ayrı-ayrı şirkətlərin balansındakı ərazilərdə, kənd təsərrüfatı təyinatlı torpaqlarda tikilib:
"Təbii ki, bu məsələnin həll edilməsi lazımdır. Vətəndaşları narahat edən problemlərin aradan qaldırılması üçün Prezident İlham Əliyev fərmanlar verir. Düşünürəm ki, yaxın zamanlarda məsələnin həlli ilə bağlı işçi qrup yaradılacaq. Yəqin ki, aidiyyatı üzrə bununla da bağlı tapşırıqlar veriləcək”.
Xəbər 104 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR