Fələstinli radikalların İsrailə atdığı raketlərin sayı 4 mini keçdi

Fələstinli radikalların İsrailə atdığı raketlərin sayı 4 mini keçdi

İsrail Müdafiə Qüvvələri 10 may tarixindən bu yana İsrail ərazisindəki Qəzza Zolağından 4070 raket buraxıldığını açıqlayıb. 

Aktual.az xəbər verir ki, məlumata görə, atılan raketlərdən 610 mərmi Yəhudi dövlətinə çatmayıb. Onlardan təxminən 90 %-i "Dəmir Günbəz” hava müdafiə sistemi tərəfindən vurulub.

Qəzza zolağı ilə İsrail arasında döyüşlər mayın 10-da İsrail məhkəməsinin yeni fələstinli qrupların evlərini müsadirə etməsindən sonra başlayıb. Nəticədə, Yəhudi dövləti daxilində kütləvi etirazlar başlayıb və daha sonra Qəzza zolağı ilə silahlı qarşıdurmaya çevrilib.

Atəşə tutulmasına cavab olaraq Tel-Əviv Qəzza zolağına hava zərbələri endirir. İsraillilər Həmas liderlərinin evlərinə və təşkilatın infrastrukturuna zərbə vurduqlarını iddia edirlər. Qəzza zolağında artıq 250-dən çox ölüm qeydə alınıb, bunlardan 60-dan çoxu uşaq olduğu deyilir. İsrail tərəfdən isə 12 nəfər ölüb.
Xəbər 288 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR