Facebook və Instagram vaxta nəzarət edəcək

Facebook və Instagram vaxta nəzarət edəcək

"Instagram" və "Facebook" sosial şəbəkələrində istifadəçilərin vaxtdan səmərəli istifadəsi üçün yeni üsullar təqdim edilib.
 
Aktual.az  ICTnews
-a istinadən bildirir ki, "Biz "Instagram" və "Facebook" istifadəçilərinə öz vaxtlarından səmərəli istifadə etməyə imkan verəcək yeni mexanizmlərin tətbiq edilməsini elan edirik. Bu aktivliyi idarəetmə paneli, gündəlik "xatırlatma", həmçinin bildirişlər axınının məhdudlaşdırılması üzrə yeni üsuldur" - "Instagram"ın saytında dərc edilmiş press-relizdə deyilir. Məlumata görə, bu mexanizmlər psixoloqların iştirakı, həmçinin "Instagram" və "Facebook"un araşdırması və istifadəçilərin rəyi əsasında hazırlanıb.
 
Yenili mexanizmlərdən istifadə etmək üçün sözügedən proqramlarda sazlamalar panelini açmaq, "Instagram"da "Aktivlik", "Facebook"da isə "Facebookda keçirdiyiniz vaxt" bölməsini seçmək lazımdır.
 
Aktual.az 
Xəbər 733 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR