Facebook tam bərpa olunan enerji mənbələrinə keçəcək

Facebook tam bərpa olunan enerji mənbələrinə keçəcək

2020-ci ilin sonunadək "Facebook" sosial şəbəkəsi tamamilə bərpa olunan enerji mənbələrindən istifadəyə keçmək, həmçinin şirkətin fəaliyyəti ilə bağlı yaranan istixana qazları tullantılarını 75% azaltmaq niyyətindədir.
 
Aktual.az ICTnews-ə istinadən bildirir ki, məlumata görə, "Facebook" dünyada bərpa olunan mənbələrdən əldə  edilən enerji üzrə ən böyük korporativ alıcılardan biridir. Məsələn, 2013-cü ildən şirkət külək elektrik stansiyalarında 3 QVt-dan çox enerjinin hasil edilməsinə dair müqavilələr imzalayıb. Bundan başqa, şirkət öz məlumat mərkəzlərinin yerləşdiyi ərazilərdə külək və günəş enerjisinin inkişaf etdirilməsi layihələrini dəstəkləyir.
 
Aktual.az
Xəbər 457 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR