“Facebook” rekord məbləğdə cərimələnə bilər

“Facebook” rekord məbləğdə cərimələnə bilər
  • DÜNYA

Hər iki tərəf danışıqlara dair hər hansı şərh vermək istəməyib.

ABŞ Federal Ticarət Komisiyası (FTC) və "Facebook” şirkəti şəbəkənin istifadəçilərinin fərdi məlumatlarının sızdırılmasına görə milyardlarla dollar məbləğindəki cəriməni razılaşdırmaq üçün danışıqlar aparır.
"The Washington Post” xəbər verir ki, iki mənbənin bu barədə verdiyi məlumata görə, danışıqlar nəticəsiz olsa, komisiya məhkəməyə müraciət edəcək.
Sözügedən cərimə indiyədək FTC tərəfindən texnologiya şirkətlərinə qarşı tətbiq edilmiş ən iri maliyyə sanksiyası olacaq. Belə ki, 2012-ci ildə "Google” şirkəti 22,5 milyon dollar məbləğində cərimə ödəmişdi.
Hər iki tərəf danışıqlara dair hər hansı şərh vermək istəməyib.(report.az)
Xəbər 281 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR