"Əsas xarici siyasət prioriteti Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsidir" – Elmar Məmmədyarov


Azərbaycan hələ də öz müstəqilliyini gücləndirməlidir.

Trend-in məlumatına görə, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Azərbaycanın "Diplomatik xidmət orqanlarının 100 illiyi” münasibətilə keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.
Xarici İşlər naziri qeyd edib: "Azərbaycan hələ də öz müstəqilliyini və suverenliyini gücləndirməli, ərazi bütövlüyünü təmin etməlidir”.
E.Məmmədyarov Azərbaycanın xarici siyasət prioritetlərindən də danışıb. Bildirib ki, ölkəmizin əsas xarici siyasət prioriteti Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsidir.
Elmar Məmmədyarov Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti barədə ətraflı məlumat verib.
Xarici İşlər naziri müasir müstəqil Azərbaycan dövlətinin yaranmasından və inkişafından, onun xarici siyasətindən danışıb.
Xəbər 187 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR