Çerniqovu bombalayan qırıcı vuruldu

Çerniqovu bombalayan qırıcı vuruldu

Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri Rusiyaya məxsus Çerniqovu bombalayan "Su" qırıcısını vurub.

Qaynarinfo UNİAN-a istinadən bildirir ki, bu barədə "Şimal" əməliyyat komandanlığı məlumat yayıb.

Komandanlığın yaydığı məlumata görə, "Su" tipli təyyarə gecə saatlarında vurulub:
 
"Martın 16-sı səhər saatlarından etibarən "Şimal" operativ komandanlıq hissələrinin məsuliyyət zonasında vəziyyət nəzarətdə saxlanılır. Gecə hava hücumundan müdafiə sistemi Çerniqovu raketlərlə bombalayan "Su" tipli təyyarəni vurub. "Quş" yerə düşüb".

Həmçinin müdafiəçilər zirehli texnikanın köməyi ilə Novoselovka ərazisinə girməyə cəhd edən rus əsgərlərin hücumunu uğurla dəf ediblər. Rusiyanın itkiləri dəqiqləşdirilir.
Xəbər 434 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR