Ermənistanın təcavüzü nəticəsində ziyan çəkən vətəndaşlara maddi yardım göstərilməsinə başlanılıb

Ermənistanın təcavüzü nəticəsində ziyan çəkən vətəndaşlara maddi yardım göstərilməsinə başlanılıb
  • DÜNYA

Sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikası ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı Azərbaycan Respublikasının Prezidentinin 06 noyabr 2020-ci il və 14 dekabr 2020-ci il tarixli Sərəncamlarının icrası prosesi yeni mərhələyə daxil olub.
Bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, artıq Prezidentin ziyan dəymiş vətəndaşlara ilkin maddi yardım verilməsi haqda 14 dekabr 2020-ci il tarixli Sərəncamının icrasına başlanılıb.
Xəbər 55 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR