Ermənistanın mülki əhaliyə qarşı hücumları nəticəsində 100 nəfər həlak olub

Ermənistanın mülki əhaliyə qarşı hücumları nəticəsində 100 nəfər həlak olub

Azərbaycanın Baş Prokurorluğu Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hücumları ilə bağlı yeni məlumat yayıb.

Qurumun Mətbuat xidmətindən Aktual.az-a verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində sentyabrın 27-dən indiyədək 100 mülki şəxs qətlə yetirilib, 416 nəfər isə yaralanıb.

Yararsız vəziyyətə düşmüş mülki obyektlərin sayı 548, çoxmənzilli yaşayış binalarının sayı 135, yaşayış evlərinin sayı isə 4 186-dir.

Xəbər 535 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR