Ermənistanın müharibədə öldürülən hərbçilərinin sayı artır

Ermənistanın müharibədə öldürülən hərbçilərinin sayı artır
  • DÜNYA

Noyabrın 13-dən dekabrın 27-dək Qarabağda Ermənistanın 1 111 hərbi qulluqçunun meyiti aşkarlanıb.

Bu barədə "Report” Ermənistan mətbuatına istinadən xəbər verir.
Qeyd edilir ki, erməni əsgərlərinin meyitlərinin axtarışları hələ başa çatmayıb. Hazırda üç qrup müharibədə öldürülmüş erməni hərbçilərin meyitlərini axtarır. Məlumata görə, axtarışlara itkin düşmüş erməni hərbçilərin doğmaları da cəlb edilib.
Xatırladaq ki, dekabrın 25-də Ermənistan mətbuatı noyabrın 13-dən Qarabağ müharibəsində həlak olmuş 1 059 erməni əsgərinin meyitinin aşkarlandığını xəbər verib. Qeyd edilirdi ki, itkin düşmüş daha 537 erməni hərbçinin axtarışı aparılır.
Ermənistanın Müdafiə Nazirliyi Qarabağ müharibəsindəki itkilərinin sayını gizlədir. Nazirlik döyüşlərdə həlak olan erməni hərbçilərinin sayını bu günə kimi açıqlamayıb.
Xəbər 207 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR