Ermənistanın keçmiş polis rəisi ölkədən qaçdı

Ermənistanın keçmiş polis rəisi ölkədən qaçdı

Ermənistanın keçmiş polis rəisi, cinayət işi üzrə korrupsiyada ittiham olunan Vladimir Qasparyan ölkəni tərk edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Joqovurd” qəzeti yazıb.

Sabiq polis rəisinə eyni anda bir neçə maddə - "çirkli pulların yuyulması”, "mənimsəmə və ya israf etmə”, "vəzifə saxtakarlığı”, "vəzifə səlahiyyətlərindən sui-istifadə” maddəsi ilə ittiham irəli sürülüb. Müstəntiqlərin fikrincə, o, 4 milyon dolları "yuyub”.

"Qasparyan ölkəni tərk etməmək barədə yazılı öhdəlik götürüb, lakin yanvar ayında ona məlumat verilib ki, baş prokurorun tapşırığı ilə iş əlavə istintaqa göndərilib. Eyni zamanda məhkəmədə onun barəsində başqa işə baxılır. Lakin bu, onun ölkəni tərk etməsinə mane olmayıb”, - qəzet yazır.

Nəşrin məlumatına görə, Qasparyan Moskvadadır. Qəzetə Baş Prokurorluqdan bildirilib ki, məhkəmə Qasparyanın xaricə müalicə üçün getməsinə icazə verilməsi ilə bağlı vəkillərinin vəsatətini təmin edib. Prokurorluq buna qarşı çıxsa da, məhkəmə onun çıxışına icazə verib
Xəbər 456 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR