Ermənistanın dövlət qurumlarında kütləvi istefalar - Paşinyan çətin vəziyyətdə

Ermənistanın dövlət qurumlarında kütləvi istefalar - Paşinyan çətin vəziyyətdə
  • DÜNYA

Ermənistanda dövlət qurumlarında çalışanlar istefa ərizələri yazır.

Aktual.az xəbər verir ki, bu barədə erməni KİV-i məlumat yayıb.

Bildirilir ki, istefa ərizələri yazanlar bu addımı Nikol Paşinyana etiraz olaraq atırlar.
Bu gün Ermənistan silahlı qüvvələrinin Baş Qərargahı Paşinyanın istefasını gündəmə gətirib. Ardınca Baş nazir Baş Qərargah rəisi Onik Qasparyanı tutduğu vəzifədən azad edib. Eyni zamanda tərəfdarlarını Azadlıq meydanına səsləyib.

Paşinyanın çağırışına deputatlar, qubernatorlar və ayrı-ayrı dövlət qurumlarının vəzifəli şəxsləri dəstək verib.

Erməni mediası yazır ki, yüksək vəzifəli məmurlar tabeliklərindəki şəxsləri də meydana çıxmağa məcbur edir. Bu isə ciddi narazılıqlara səbəb olub. Nəticə etibarilə Ermənistanın dövlət qurumlarını istefa dalğası bürüyüb.
Xəbər 236 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR