Ermənistanda “yanacaq qiyamı” yetişir

Ermənistanda “yanacaq qiyamı” yetişir
  • DÜNYA

Ermənistanda bu dəfə sürücülər arasında yeni qiyam başlayır.

Aktual.az "Report”a istinadən xəbər verir ki, bu barədə yerli "Joxovurd” qəzeti yazıb.
Nəşr qeyd edir ki, ölkədə bir neçə gündür ardıcıl olaraq yanacaq - benzin, maye qaz və adi qaz qiymətləri durmadan artmaqdadır.
O cümlədən son günlərdə Aİ-92 (regular) markalı benzinin litri 350 dramdan 370 drama (71 sent), LNG-nin litri 180 dramdan 190 drama (36 sent) qalxıb, sıxışdırılmış təbii qazın (CNG) bir kiloqramı indi 320-330 dram (63 sent) təşkil edir. Özü də bu, CNG-nin bu il üçün ikinci artımıdır; iyul ayında qiymət 310 drama yüksəlmişdi.
Məqalədə deyilir ki, kompressor stansiyalarının işçiləri bahalaşmanı dramın dollar qarşısında devalvasiyası ilə əlaqələndirirlər.
Son vaxtlar ABŞ dollarının məzənnəsi Ermənistan valyutasına nisbətən təxminən 10 % bahalaşıb və bu vəziyyət yanacaq, o cümlədən də qazın qiymətinə təsir göstərməyə bilməzdi.
Xəbər 352 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR